Login:
Parol:
Onlayn Sms Göndər
Prizma.ws » Fashion » İlin dəbdəbəli saçları formaları hansılardır?

İlin dəbdəbəli saçları formaları hansılardır?

  • Müəllif: admin;  
  • Baxılıb: 3673;  
  • Tarix: 13-09-2011, 04:50;  

İlin dəbdəbəli saçları formaları hansılardır?

 

İlin saç kəsimləri maksimal dərəcədə sadə və təbii olmalıdır. Həm də müasir kəsimlər düzləşdirmə zamanı çox vaxt və müxtəlif staylinq vasitələri tələb etməməlidir. 2011-ci ilin dəbində daha çox uzun saçlara üstünlük verilir. Mövsümün favoriti uzun saçlar olsa da, qısa və orta uzunluqda saçlar da aktualdır. Həmçinin kaskad kəsimlər, asimmetriya və təbii rənglər də dəbdədir. 
 Düz saçlara sahib olan xanımlar təpədən başlayaraq qalın, hamar, əyri tel kəsdirə bilərlər. Telsiz də saxlamaq olar. Uzun saçları ya açıq saxlaya, ya da təpədə düyün və ya aşağı hissədən "at quyruğu" formasında yığa bilərsiniz. Dəbdə olan retro-üslubda saç düzümü üçün yuxarını naços edin, aşağını isə açıq saxlayın. Eyni uzunluqda olan uzun saçlar ortadan ayrılmalı və kökdən bir az həcmli olmalıdır ki, buna da naços vasitəsilə nail ola bilərsiniz. Belə saçları, adətən açıq saxlayırlar. Buruq saçlara düz, asimmetrik tel yaxşı yaraşır.

 

İlin dəbdəbəli saçları formaları hansılardır?

 

Orta uzunluq Bu mövsüm orta uzunluqda buruq və düz saçları kare formasında kəsirlər. Kare həcmli, üzün formasını təkrarlayan, çiyinə və boğaza qədər, düz və dalğavari, asimmetrik, düz və əyri telli ola bilər. Ən dəbli forma uzun əyri telin üzün yarısını bağlamasıdır. Orta uzunluqda saç ya klassik kare şəklində, ya retro stildə dalğavari, ya da başda qarışıq formada düzəldilir.

 

İlin dəbdəbəli saçları formaları hansılardır?

 

Qısa saçlar 2011-ci ilin ən dəbli qısa saç kəsimi bobdur. Müasir bob həcmli və ya hamar, klassik və ya asimmetrik ola bilər. Ötən ildən fərqli olaraq bob dağınıq telli, qeyri-dəqiq tağlıdır. Uzun telli paj da yeni ilin ən dəbli kəsimlərindəndir. O, əsasən düz saçlarda gözəl görünür. Ən uyğun rəng isə qaradır. Başqa rənglərlə də eksperiment etmək olar.

 

İlin dəbdəbəli saçları formaları hansılardır?

Tom-boy Tom-boy saç kəsimi uzun telli və qısa asimmetrik bob əsasında kəsilir. Belə kəsim 20 il əvvəl dəbdə olan qeyri-təbii ağ saç rəngi ilə əla görünür. Ağbəniz qəhvəyi saçlara sahibsinizsə, rəngi qaraya boyayın, effekt əla olacaq. Tom-boy səliqəsiz və oğlan saç kəsimi kimi görünməlidir.

 

İlin dəbdəbəli saçları formaları hansılardır?

 


Hörmətli qonaq, Siz sayta qeydiyyata düşmədən daxil olmusunuz.
Sayta öz hesabınızla və ya yeni istifadəçi kimi daxil olmağınızı məsləhət görürük.
Şərh yazmağı unutmayın. Sizin şərhiniz bizim üçün çox önəmlidir.
 (səslər: 1)
Diqqət
Sayta Qonaq kimi daxil olduğunuz üçün şərh yazma hüququnuz yoxdur.

Reklam

Hava / Valyuta

______________________

Online radio

Yerli Radiolar
İctimai Radio  |  Media FM
Lider Radio  |  Ans ÇM
Aztv Radio  |  Azadlıq Radio
Xarici Radiolar
Slow FM  |  Viva FM
Power FM   |  Super FM
Show Radio   |  Kral Fm

Təqvim

«    May 2013    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Google xəritə

Sorğu

Saytda hansı bölmələrə üstünlük verirsiniz?

Musiqi
Xəbərlər
Fotosessiya
Şou-Biznes
Psixologiya
Digər

Online

Statistika

Xəbərlər: 5367 (+1)
Şərhlər: 3717
İstifadəçilər: 938 (+5)
Son qeydiyyatdan keçən: Eresappenue

Ən yaxşı 10 müəllif

Top şərhçilər

zvarino
       777666
Şərhlər: 11
 
wiyin qiz
       070
Şərhlər: 2
 
bqqrtjfnbb
       Yoxdur
Şərhlər: 1